Qurban Qurbanov «Qarabağ»ın məğlubiyyətinin səbəblərindən danışdı

XƏBƏR 21 Yanvar 2009 / 10:56 2399
-  A +

«İlk matçların ağır olduğu həmişə məlumdur. Yoxlama oyunlarının əsas mahiyyəti səhvləri görmək və nəticə çıxarmaqdır. Demək olar ki, hamıya şans verdim». Qol.Az-ın məlumatına görə, bu sözləri hazırda Antalyada təlim-məşq toplanışıqda olan «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov alban klubuna məğlubiyyətdən sonra verdiyi açıqlamada deyib. O deyib ki, Ayxan Abbasov zədə ucbatından meydana çıxa bilməyib: «Emin İmaməliyev isə 15 dəqiqə meydanda oldu. Oyuna gəlincə, futbolçulardan razı qaldım. Hər top uğrunda canla-başla mübarizə aparırdılar. Rəqib hazır komanda idi. Amma buna baxmayaraq uşaqlar anlardan geri qalmadı. Hələ üç həftə vaxtımız var. Ona qədər daha yaxşı çalışacağıq. Çempionat başlayanda tam fərqli komanda görəcəyik».  

 

Daha çox


Son xəbərlər