Ramos 100-ə çatdı

Ramos 100-ə çatdı
DÜNYA FUTBOLU 16 Noyabr 2018 / 16:10 1283
-  A +

UEFA Millətlər Liqasının 5-ci turunda keçirilən  Xorvatiya - İspaniya oyunu (3:2) qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Qol.az-ın xəbərinə görə, 32 yaşlı müdafiəçi bu görüşdə fərqlənərək karyerasının 100-cü qolunu vurub.
O, matçın 78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 

Bundan başqa, Ramos İspaniya yığması tarixində ardıcıl dördüncü matçda qol vuran ilk müdafiəçi olub.

Qeyd edək ki İspaniya millisində ilk oyununu 2005-ci ildə keçirən Ramos  160 oyuna 16 qol vurub.
 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu