Azərbaycan – Ukrayna: hakim təyinatları açıqlandı

Azərbaycan – Ukrayna: hakim təyinatları açıqlandı
XƏBƏR 15 Noyabr 2018 / 10:11 1475
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Ukrayna ilə yoxlama oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün Bakıda keçiriləcək matçı yerli hakimlər briqadası idarə edəcək.

Baş hakim Rəvan Həmzəzadə olacaq. Ona Müslüm Əliyev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü saat 20:00-da başlayacaq. Matç "CBC Sport"  telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Daha çox


Son xəbərlər