Samboçumuzdan uğurlu start - ermənini məğlub etdi

Samboçumuzdan uğurlu start - ermənini məğlub etdi
XƏBƏR 10 Noyabr 2018 / 14:29 1587
-  A +

Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov sambo üzrə dünya çempionatına uğurla start verib.

Qol.az-ın məlumatına görə, idmançımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışa 1/8 finaldan başlayıb. Döyüş sambosunda çıxış edən Abbasovun 82 kq çəki dərəcəsindəki ilk rəqibi Ermənistan samboçusu Davit Petrosyan olub. Döyüşü yüksək səviyyədə keçirən Bəxtiyar erməni rəqibini məğlub edib.

Bu qələbə samboçumuza 1/4 finala vəsiqə qazandırıb.

Daha çox


Son xəbərlər