"Vorskla" "Qarabağ"la matçda qapalı oynayacaq" - Ukrayna saytı

"Vorskla" "Qarabağ"la matçda qapalı oynayacaq" - Ukrayna saytı
XƏBƏR 8 Noyabr 2018 / 16:07 3240
-  A +

Ukraynanın "Football24.ua" saytı Avroliqanın qrup mərhələsinin 4-cü turunda "Vorskla" - "Qarabağ" oyunundan gözləntiləri yazıb.

Qol.az-ın məlumatına görə, yazıda "Vorskla"nın 1:0 hesabı ilə qalib gələcəyi proqnozu verilib:

"Poltavada keçiriləcək matçın Azərbaycandakından çox fərqli olacağı ehtimalı  azdır. "Vorskla" gərgin, qapalı, xarakter və pressinq olmadan oynayır. Bu oyun üslubu sevilməyə bilər, amma məhz buna görə klub Avropa Liqasında mübarizə aparır və təcrübəli Avropa komandalara qalib gəlirlər. Əlbəttə, onlar öz azarkeşləri qarşısına möhtəşəm bir şey göstərmək istəyirlər, amma klubun heyətində böyük itkilər var. Vasili Saçko hansısa bir dəyişiklik üçün xüsusi səbəbə malik deyil. Belə də komanda əvvəlki kimi oynayacaq və düzgün edəcək.

"Qarabağ" həmçinin öz üslubunu dəyişdirməyəcək. Bu, avrokuboklarda geniş təcrübəyə sahib və hər hansı klub üçün çətinlik yarada biləcək maraqlı heyətə sahib olan, parlaq-hücum edən komandadır. Azərbaycanda Qurban Qurbanovun komandası kifayət qədər yüksək səviyyədə futbol  nümayiş etdirdi və təsadüfən uduzdu. Amma, qol epizodları yaratmaq və onları reallaşdırmaqla bağlı çətinlik çəkdilər. Bu il Qarabağ əvvəlki kimi təhlükəli deyil. Buna görə də yalnız qələbə üçün onlara qarşı oynama lazımdır. Və "Vorskla"nın azarkeşləri bunda komandaya kömək etməyə məcburdur. Bizim proqnozumuz - 1:0".

Daha çox


Son xəbərlər