FİFA penalti ilə bağlı qaydanı dəyişir?

FİFA penalti ilə bağlı qaydanı dəyişir?
DÜNYA FUTBOLU 7 Noyabr 2018 / 18:10 4980
-  A +

Futbolda 11 metrlik cərimə zərbəsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər.

Qol.az-ın Hollandiya mətbuatına istinadən yaydığı xəbərə görə, FİFA bu məsələni müzakirə etməyə hazırlaşır. Təklif olunan yenilikdə penalti zərbəsi zamanı top qapıya daxil olmayıbsa, futbolçular tərəfindən ikinci toxunuşa icazə verilmir və oyun qapıdan zərbə ilə başlamalıdır.

Qeyd edək ki, hazırkı qaydaya əsasən, qapıçıdan qayıdan topu penalti zərbəsini yerinə yetirən, yaxud da onun hansısa komanda yoldaşı təkrar zərbə ilə qapıdan keçirə bilər.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi