Gələcək dünya çempionunu indidən müəyyənləşdirdilər

Gələcək dünya çempionunu indidən müəyyənləşdirdilər
DÜNYA FUTBOLU 6 İyun 2010 / 15:26 2791
-  A +

Dünyanın müxtəlif nüfuzlu banklarının təhlilçiləri apardıqları riyazi hesablara əsasən, iyunun 11-də başlayacaq futbol üzrə dünya çempionatının qalibini müəyyənləşdiriblər. Qol.Az-ın məlumatına görə, son vaxtlar əsas vaxtlarını bu işə sərf edən Danimarkanın «Danske Bankı»nın təhlilçiləri Braziliyanın dünya çempionu olacağı qənaətinə gəliblər. Onların fikrincə, hazırda ağır iqtisadi böhran keçirən İspaniya, Portuqaliya və İtaliya bir-birilərinə qalib gələcək, ən sonda isə Almaniyaya yeniləcək.
Bank eyni zamanda İngiltərənin hər zaman Braziliyaya uduzmaq kimi pis bir ənənəsi olduğunu vurğulayıb: «Gerçək həyatda olduğu kimi, inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələri məğlub edəcək».
İsveçrənin «Evolution» bankı da Braziliyanı çempion kimi göstərib. UBS bankı isə finalda İspaniya ilə Braziliyanın qarşılaşacağını təxmin edir.
«Goldman Sachs» isə çempionu müəyyənləşdirə bilməsə də, yarımfinalda İngiltərə, Argentina, Braziliya və İspaniyanın oynayacağını bildirib.
ABŞ-ın JP Morgan bankının təhlilçiləri isə hesab edir ki, dünya çempionluğunu İngiltərə qazanacaq. Onların fikrincə, finalda İngiltərənin rəqibi İspaniya olacaq. JP Morgan üçüncü yeri Hollandiyanın tutucağını qeyd edib.
  


Son xəbərlər