Vaqif Sadıqov: “İnter”in 1/2 finala çıxmaq potensialı çoxdur”

XƏBƏR 20 Yanvar 2009 / 17:31 2594
-  A +

C qrupundakı istənilən rəqiblə qarşılaşmasından asılı olmayaraq “İnter”in 1/2 finala çıxmaq potensialı “Şaxtyor”, “Levadiya” və “Reqar-Tadaz”dan çoxdur”. Bu sözləri Qol.Az-a milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. O, Azərbaycan çempionunun ən azı finalda oynayacağını düşünür: Hələ "Birlik kuboku” start götürməmişdən öncə də bizim komandanın kuboku qazanmaq şansının yüksək olduğunu demişdim. Bugünkü qələbə də bunu bir daha sübut etdi. Son illər klublarımız bizi “Birlik kuboku”ndakı uğurlara öyrəşdirib. Mən “İnter”in kuboku Azərbaycana gətirəcəyinə inanıram”.

Daha çox


Son xəbərlər