Xulen Lopeteqinin işindən narazı olan "Real" artıq baş məşqçinin yerinə namizədlər axtarır.
Qol.az xəbər verir ki, İspaniyanın "El-Pais" nəşri bununla bağlı yeni iddia ortaya atıb. Mətbu orqan "kral klubu"nun Joze Mourinyo ilə maraqlandığını yazıb. Hətta "Real"ın vitse-prezidenti Xose Anhel Sançesin portuqaliyalı mütəxəssislə əlaqə saxlayıb, məsələni müzakirə etdiyi bildirilir.
İddiaya görə, Madrid təmsilçisi Mourinyonun "Mançester Yunayted"də çətin vəziyyətdə olmasından istifadə edərək, onu yenidən komandanın sükanı arxasına gətirməyi planlaşdırır. Ancaq tərcrübəli çalışdırıcı "qırmızı şeytanlar"dan öz istəyilə ayrılmaq istəmir. Çünki belədə o, 30 milyon avro itirəcək. Maraqlıdır ki, "Mançester Yunayted" də baş məşqçini qovmağa tələsmir. Klub rəhbərliyi portuqaliyalını vaxtından əvvəl istefaya göndərsə, ona 60 milyon avro təzminat ödəməli olacaq ki, bu da onları qane etmir.
Buna baxmayaraq, "Real"ın Mourinyoya 3 illik müqavilə və vergilər çıxıldıqdan sonra ümumilikdə 36 milyon avro maaş təklif etdiyi söylənilir.
Qeyd edək ki, hazırda "Real"ın sükanı arxasına 3 namizəd - Antonio Konte, Joze Mourinyo və B komandasının baş məşqçisi Santyaqo Solarinin adları hallanır.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı