“El-Klassiko” əsl zibildir” – Robert Hut

“El-Klassiko” əsl zibildir” –  Robert Hut
DÜNYA FUTBOLU 22 Oktyabr 2018 / 16:50 4112
-  A +

Almaniya millisi və “Çelsi”nin sabiq müdafiəçisi Robert Hut “El-Klassiko”nu sərt tənqid edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, artıq “Barselona” və “Real” arasında keçirilən matçlara baxmadığını deyən veteran futbolçunu derbini zibil adlandırıb:

“Daha “El-Klassiko”ya baxmıram. Bu, əsl zibildir. Çünki oyun ərzində 20 nəfər hakimin ətrafında qaçır, bəziləri isə üzlərini tuturlar. Hər şeydən öncə isə başa düşə bilmirəm, belə oyundan sonra insanların gözlərinin içinə necə sakit, kişi kimi baxmaq olar”.

Futbolçuların tez-tez yerə yıxıldıqlarını söyləyən Hut bu cür halların onu qəzəbləndirdiyini bildirib: “Futbolçular bununla sanki zədə aldıqlarını göstərməyə çalışırlar. Əslində isə idmanın bütün prinsiplərinə zidd hərəkət edirlər. Bunlar isə məni qəzəbləndirir. Heç bir idman növündə belə şeylərə icazə vermirlər. Son 15-16 ildə xüsusi qidalanma və intensiv işin köməyilə futbolçular maksimum gücləniblər. "El-Klassiko"da isə kiçik toxunuş bu cür oyunçuların yerə yıxılması üçün kifayətdir”.

Qeyd edək ki, “Barselona” – “Real” oyunuu oktyabrın 28-də keçiriləcək və Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi