Honduraslı məşqçi Saşa Yunisoğlunu ittiham etdi

Honduraslı məşqçi Saşa Yunisoğlunu ittiham etdi
XƏBƏR 3 İyun 2010 / 14:39 2055
-  A +

Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu Honduras yığmasının üzvlərini qəzəbləndirib. Qol.Az-ın məlumatına görə, dünən keçirilən yoldaşlıq görüşündə rəqib futbolçu Edqar Alvaresin ayağına bilərəkdən zərbə endirən və bu səbəbdən birbaşa qırmızı vərəqə alan Yunisoğlunu «feyr-play» qaydalarını pozmaqda günahlandırıblar.
Qeyd edək ki, Saşa Yunisoğlunun zədələdiyi Edqar Alvaresin dünya çempionatına gedib-
getməyəcəyi sual altına düşmüşdü. Lakin honduraslı həkimlər futbolçu üzərində apardıqları müayinədən sonra Edqarın zədəsinin ciddi olmadığını və onun DÇ-nin final mərhələsində iştirak edəcəyini bildiriblər.
Honduras millisinin məşqçisi Karlos Velasko jurnalistlərə deyib ki, azərbaycanlı Saşa Yunisoğlu Edqara qarşı səhv hərəkət edib: «O, kobud hərəkət etdi və ədalətli oyun nümayiş etdirmədi. Həmin anda futbolçular arasında mübahisə böyüyə bilərdi. Lakin bizim oyunçular yoldaşlıq matçı olduğu üçün münaqişənin böyüməsinə imkan vermədilər».

Daha çox


Son xəbərlər