Hondurasın baş məşqçisi: “Millinizin parlaq gələcəyi var”

XƏBƏR 3 İyun 2010 / 11:05 1728
-  A +

Honduras yığması ilə milli komandamızın  heç-heçə (0:0) başa çatan yoldaşlıq görüşündən sonra rəqib komandanın baş məşqçisi Reynaldo Rueda millimizin oyunundan razı qaldığını bildirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, Azərbaycan yığmasının oyunu bəyəndiyini bildirib: “Komandanız mundial iştirakçısı ilə yoldaşlıq görüşündə müsbət təsir bağışladı.  Yaxşı komandanız, gənc futbolçularınız var. Yığmanızın parlaq gələcəyinə əminəm”.


Son xəbərlər