"Sanki yuxudayam, hərdən özümü çimdikləmək istəyirəm" - Sarri

"Sanki yuxudayam, hərdən özümü çimdikləmək istəyirəm" - Sarri
DÜNYA FUTBOLU 14 Oktyabr 2018 / 13:21 3348
-  A +

“Azarkeşlərin dəstəyi məni təhrik edir. Sosial şəbəkələrdə çox olmuram. Amma fanatların komandaya aid videoları necə paylaşdıqlarını görürəm”.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri deyib. Azarkeşlərin dəstəyindən söz açan italiyalı mütəxəssis London klubunu çalışdırmaqdan məmnun olduğunu söyləyib:

“Çelsi”də olmaq arzudur. “Stenford Bric”ə gedəndə azarkeşlərin “Mauritsio” qışqırıqlarını eşidirəm, sonra isə mahnı oxumağa başlayırlar. Sanki yuxudayam, hərdən özümü çimdikləmək istəyirəm”.

Qeyd edək ki, Sarri bu mövsümün əvvəlindən “Çelsi”ni çalışdırır.

Son xəbərlər