Avropada ən çox “Real”da oynayırlar – klubların reytinqi

Avropada ən çox “Real”da oynayırlar – klubların reytinqi
DÜNYA FUTBOLU 12 Oktyabr 2018 / 15:14 3540
-  A +

CIES futbol təşkilatı Avropada futbolçuların sabit çıxış etdiyi klubların siyahısını dərc edib.

Qol.az-ın təşkilatın saytına istinadən yaydığı xəbərə görə, siyahıda ilk pilləni Madridin “Real” klubu tutur. Futbolçular bu klubda orta hesabla 5,84 il keçirirlər. “Barselona” (5,36) ikinci, “Bavariya” isə (5,26) üçüncüdür.

Ümumilikdə  futbolçuların ən sabit çıxış etdiyi böyük beşlik ölkələrinin klubları aşağıda adları qeyd olunanlardır:

1. “Real” – 5,84 il
2. “Barselona” – 5,36 il
3. “Bavariya” – 5,26 il
4. “Atletiko” Madrid – 4,17 il
5. “Tottenhem” – 3,89 il
6. “Atletik” – 3,80 il
7. “Mançester Yunayted” – 3,72 il
8. “Borussiya” Münhenqladbax – 3,48 il
9. “Napoli” – 3,43 il
10. “Bornmut” – 3,37 il

TOP-5 ölkələrindən olmayan sabit klubların ilk üçlüyü:

1. “Viktoriya” (Çexiya) – 4,28 il
2. “Seltik” (Şotlandiya”) – 4,25 il
3. “Şaxtyor” (Ukrayna) – 4,02

TOP-5 ölkələrindən ən qeyri-sabit klubların üçlüyü isə aşağıdakı kimidir:

1. “Parma” – 0.65
2. “Kann” – 0.74
3. “Frosinone” – 0.75

TOP-5 ölkələrindən olmayan qeyri-sabit klubların ilk üçlüyü:

1. “İstra” (Xorvatiya) - 0.15
2. “Lvov” (Ukrayna) – 0.23
3. “Paphos” (Kipr) – 0.32

Qeyd edək ki, bütün siyahılarda 20 klub adı daxil edilib. Qeyri TOP-5 çempionatlarının təmsilçilərinin siyahısında Azərbaycan klubları yoxdur.


Son xəbərlər