Kontedən yeni xəbərlər

Kontedən yeni xəbərlər
DÜNYA FUTBOLU 11 Oktyabr 2018 / 17:58 3381
-  A +

Son iş yeri İngiltərənin "Çelsi" klubu olan Antonio Kontenin London təmsilçisi ilə aralarındakı gərginlik hələ də davam edir.

Qol.az-ın "Goal.com"a istinadən yaydığı məlumata görə, vəzifəsindən vaxtından əvvəl göndərildiyi üçün London təmsilçisindən 10 milyon avro təzminat alan italiyalı mütəxəssis, tərəflər arasındakı razılığa əsasən, bu mövsümün sonuna qədər heç bir komandanı çalışdıra bilməz.

Kontenin "Real”dan (Madrid) təklif aldığı bildirilsə də, Britaniya mediası onların arasında görüş olmadığını yazıb.

İngiltərə mətbuatı Kontenin "Çelsi"dəki işinə yeni mövsümün başlanması ərəfəsində son verildiyi üçün klubu məhkəməyə verə biləcəyini bildirib.

İtaliya mətbuatı isə yazır ki, Konte özü hər nə qədər də “Real”ı çalışdırmaq istəsə də, “Çelsi” ilə aralarındakı “soyuq müharibə”yə görə 2019-cu ilin sonuna kimi heç bir klubu çalışdıra bilməyəcək.

 

Daha çox


Son xəbərlər