"Lider olmaq üçün mənə kapitanlıq sarğısı lazım deyil" – Poqba

"Lider olmaq üçün mənə kapitanlıq sarğısı lazım deyil" – Poqba
XƏBƏR 11 Oktyabr 2018 / 01:54 2142
-  A +

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba Fransa millisindən komanda yoldaşı Adil Raminin onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, xoş sözlər üçün həmkarına təşəkkür edən futbolçu lider olmaq üçün kapitanlıq sarğısına ehtiyacı olmadığını söyləyib:

“Belə sözlər eşitmək mənim üçün çox xoşdur. Ancaq mən ilk növbədə meydanda komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Çünki meydanda özümə inanmağıma onlar kömək edirlər. Heç vaxt Fransa millisində kapitanlıq sarğısını daşımamışam. Lider olmaq üçün mənə sarğı lazım deyil. Aparıcı oyunçular fərqli olurlar: bəziləri öz sözləri ilə yoldaşlarını ruhlandırır, bəziləri isə öz hərəkətləri ilə komandanı irəli aparır”.

Qeyd edək ki, bir müddət öncə “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Poqbanı kapitanlıqdan məhrum edib.

Daha çox


Son xəbərlər