Bu gün “Neftçi”nin futbolçusu Ruslan Abışovun 31 yaşı tamam olur. Bu münasibətlə klubun rəsmi saytı ondan müsahibə alıb.
- Ruslan, doğum gününüz mübarək!
- Çox sağ olun! Sizdən bu təbriki eşitmək çox xoşdur.
- Zədəli olduğunuz üçün məşq proseslərindən kənarda qalsanız da, komandanın heç bir oyununu buraxmırsınız. “Neftçi”ni kənardan izləmək nə qədər çətindir?
- Açığı, komandaya kənardan baxmaq çox çətindir. Düzdür, nəticələrimiz əladır, turnir cədvəlinin lideriyik, amma meydana qayıdacağım günü səbirsizliklə gözləyirəm. Bunun üçün günləri sayıram. Digər tərəfdən də qətiyyən tələsmək olmaz. Zədədən sonra tam bərpa olunmalıyam.
- Bərpa prosesi necə keçir?
- Bu proses hər ötən gün intensivləşir. Həkimlərin nəzarəti altında məşq edirəm. Ayın sonunda Almaniyaya gedib, bərpa prosesi keçməliyəm.
- Sizcə, bu mövsüm Topaz Premyer Liqasındakı uğurlu nəticələrimizin sirri nədədir?
- Vahid komanda olmağımızda, klubda çalışan hər kəsin öz işini düzgün şəkildə görməsində, azarkeşlərimizin bizi tək buraxmamalarında... Bu uğurda hər kəsin zəhməti var. Hələ qarşıda üç dövrə var, rahatlaşmaq olmaz. Bu tempi saxlayıb, sonra da artırmalıyıq. 7 oyuna 3 qol buraxmışıq. Bu isə müdafiə xəttinin güclü olmasından xəbər verir.
- Rəqabətdən çəkinmirsiniz ki?
- Rəqabət hamımız üçün faydalıdır. Mənim üçün ən vacib məsələ zədəmi sağaltmaq və əsas heyətə qayıtmaqdır. Amma təbii ki, oynamasam da, komandamızın nəticələrinə sevinirəm.
- Sizcə, birinci dövrədəki oyunu ilə “Neftçi” çempionluq iddiasını ortaya qoya bildimi?
- Təbii ki, “Neftçi” çempionluğa oynayır. Amma çempionatın dörddə bir hissəsi arxada qalıb. Yəni hələ əsas mübarizə qarşıdadır. Amma çalışsaq, komanda ruhunu saxlasaq, istədiyimizə nail ola bilərik.
- Son “fanzona”ların birində azarkeşlərlə görüşdünüz. Təəssüratlarınız necə oldu?
- Əla oldu. Ümumiyyətlə, azarkeşlərimizlə görüşlər mənə böyük zövq verir. Onlardan pozitiv enerji alıram. Mənim tez sağalmağımı və komandaya qoşulmağımı arzulayırlar. Hər birinə təşəkkür edirəm.
- Sabah milli komandamızın Millətlər Liqasında Farer adaları ilə səfər oyunu var...
- Millimizə uğurlar arzulayıram! Çox istərdim ki, bu turnirdə millimizə kömək edim, amma təəssüf ki, alınmadı. Fikrimcə, sabahkı oyun millimiz üçün çox vacib və həlledici olacaq.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu