"Qızıl top" 4 nəfərdən birinin olacaq" – Poqbanın seçimi

"Qızıl top" 4 nəfərdən birinin olacaq" – Poqbanın seçimi
DÜNYA FUTBOLU 10 Oktyabr 2018 / 01:50 4397
-  A +

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba “Qızıl top”u qazanmağa iddialı əsas namizədlərin adlarını açıqlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransalı futbolçu millidəki komanda yoldaşları Antuan Qrizmann, Kilian Mbappe və Rafael Varanın mükafatı almağa layiq olduqlarını bildirib:

“Qızıl top”? Qrizman, Mbappe və ya Varan - hər biri mükafatı qazanmağa məndən daha çox layiqdir. Hansısa birini fərqləndirə bilmərəm. Amma bütün qəlbimlə ümid edirəm ki, “Qızıl top” üçündən birinin olacaq. Hətta dörd nəfərdən biri deyərdim, çünki siyahıda Nqolo Kante də var”.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi