"Qarabağ"a qarşı oynadı, Almaniya millisinə çağırıldı

"Qarabağ"a qarşı oynadı, Almaniya millisinə çağırıldı
DÜNYA FUTBOLU 10 Oktyabr 2018 / 00:06 2599
-  A +

Almaniya millisi UEFA Millətlər Liqasının Hollandiya və Fransa ilə oyunları öncəsi itki ilə üzləşib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, bundestimin qapıçısı Kevin Trapp zədə səbəbindən yığmanın düşərgəsindən kənarlaşıdırılıb. Komandanın baş məşqçisi Yoahim Löv “Ayntraxtın” qolkiperinin əvəzinə “Arsenal”dan Bernd Lenonu heyətə cəlb edib.

Qeyd edək ki, Leno oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin ikinci turunun “Qarabağ”la Bakıdakı oyununda (3:0) “Arsenal”ın qapısını qorumuşdu.

Xatırladaq ki, Almaniya millisi oktyabrın 13-də Hollandiya ilə, 3 gün sonra isə Fransa ilə qarşılaşacaq.


Son xəbərlər