“Arsenal”ın çalışdırıcısı və 2 futbolçusu rəmzi yığmada

“Arsenal”ın çalışdırıcısı və 2 futbolçusu rəmzi yığmada
DÜNYA FUTBOLU 9 Oktyabr 2018 / 17:07 1632
-  A +

İngiltərə Premyer Liqasında 8-ci turun rəmzi yığması açıqlanıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, siyahıda “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Arsenal”ın 2 futbolçusu yer alıb. Rəmzi yığmanın baş məşqçisi isə “topçular”ın çalışdırıcısı Unai Emeri seçilib.

Turun rəmzi “11-liy”i bu cürdür:

Qapıçı: Uqo Loris (“Tottenhem”)

Müdafiəçilər: Ektor Belyerin (“Arsenal”), Villi Boli (“Vulverhempton”), Natan Ake (“Bornmut”), Lyuka Din (“Everton”)

Yarımmüdafiəçilər: Ross Barkli (“Çelsi”), Pol Poqba (“Mançester Yunayted”), Qilfi Siqurdsson (“Everton”), Eden Hazard (“Çelsi”)

Hücumçular: Coşua Kinq (“Bornmunt”), Aleksandr Lyakazett (“Arsenal”)
Baş məşqçi: Unai Emeri (“Arsenal”)

Qeyd edək ki, “Arsenal” son turda London derbisində səfərdə “Fulhem”i 5:1 hesabı ilə məğlub edib.

Son xəbərlər