Aykut Kocaman “Traktorsazi”ni çalışdıra bilər

Aykut Kocaman “Traktorsazi”ni çalışdıra bilər
DÜNYA FUTBOLU 9 Oktyabr 2018 / 13:46 1614
-  A +

Təbrizin “Traktorsazi” klubu “Fənərbaxça”nın sabiq baş məşqçisi Aykut Kocamana təklif göndərib.

Qol.az-ın xəbərinə görə, bu haqda Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb. Kocamanın hazırda danışıqlar üçün İrana getdiyi bildirilib. 53 yaşlı mütəxəssisin yaxın günlərdə qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, hazırda “Traktorsazi”ni uelsli mütəxəssis, bir vaxt “Xəzər Lənkəran”ın da baş məşqçisi olmuş Con Toşak çalışdırır.

Hazırda “Traktorsazı” İran çempionatında 8 oyundan 13 xalla 5-ci yeri tutur.


Son xəbərlər