Bundesliqada 5-ci tur başladı

Bundesliqada 5-ci tur başladı
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 22:28 1446
-  A +

Almaniya Bundesliqasında 5-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, turun açılış oyununda "Verder" (Bremen) "Herta"nı (Berlin) qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Verder" - "Herta" - 3:1
Qollar:
Harnik, 11 (1:0), Velykoviç, 45 (2:0), Dilrosun, 53 (2:1), Kruse, 66-pen (3:1)

Bu qələbə ilə xalını 11-ə çatdıran "Verder" ikinci pilləyə yüksəlib. "Herta" isə 10 xalla 3-cü pillədə qalıb. 4 oyun keçirən "Bavariya" isə 12 xalla liderdir.


Son xəbərlər