Bu gün FİFA 2018-ci il "The Best" mükafatının qaliblərini açıqlayıb.
Qol.az-ın məlumatına görə, Londonda keçirilən tədbirdə ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatına Luka Modriç ("Real", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya) namizəd olub.
FIFA prezidenti Canni İnfantino mükafatı İspaniya "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriçə təqdim edib.
İlin ən yaxşı baş məşqçisinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Yığma komanda Deşamın rəhbrəliyi ilə dünya çempionu olub. Deşam "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanı və Xorvatiya yığmasının çalışdırıcısı Zlatko Daliçi qabaqlayıb.
İlin ən yaxşı qapıçısı Belçika yığmasının və hazırda "Real"ın qapısını qoruyan Tibo Kurtua seçilib. O, Fransa millisinin və İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyorislə "Lester"in və Danimarka yığmasının qolkiperi Kasper Şmeyxeli üstələyib.
Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros birinci olub. "Lion"la (Fransa) Çempionlar Liqasını qazanan mütəxəssis Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.
Tədbirdə 2018-ci ilin ən yaxşı qolunun müəllifi də müəyyənləşib. Bu, "Liverpul"un futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi "Everton"la matçda vurduğu qola görə mükafatlandırılıb.
Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata K.Ronaldo layiq görülüb.
"Zirə" - "Neftçi" - Şəkillər
"Fənərbaxça" "Konyaspor"la bərabərə qaldı
“Zirə" sonuncu pillədə olmağa layiq deyil" – Bilal Həmdi
"Atletiko" 2-ci pilləyə yüksəldi
Liderdən heç-heçə - Video
"Nə üzülürük, nə də sevinirik" - Samir Abasov
"Neftçi"dən xal itkisi, "Keşlə"dən qələbə
Rüfət növbəti oyuna çıxdı
"Sumqayıt"da yeni müdafiəçi
"Keşlə"nin qələbəsi - Video
Nazarov oynamadı
"Rəhbərliklə görüşümüz olacaq" - Ayxan Abbasov əsəbiləşdi
"Zirə" - "Neftçi": heyətlər
Həftənin ən gözəl qolları - Video
“Qarabağ”ın fan-şopunda "qış endirimi"
"Panikada deyilik" - Sulşer
"Keşlə" - "Sumqayıt": heyətlər açıqlandı
Nigariyalı hücumçu yenidən Azərbaycanda
"Neftçi" yeni transferini sifariş etdi
Özil PSJ-yə keçməkdən niyə imtina edib?
"Beşiktaş"ın səfər qələbəsi - Video
Dibaladan baxımlı, Ronaldodan 19-cu qol - Video
"Birinci yerdəyiksə, niyə qorxmalıyıq?" - Valverde
"Bavariya"nın oyununda 5 qol - Video
Premyer Liqamızda bugünkü oyunlara necə baxaq?
"Yuventus"dan böyükhesablı qələbə
"Bavariya"dan qələbə
"Beşiktaş" səfərdən üç xalla qayıdır