Ndlovudan 12-ci qol - 15 oyuna

Ndlovudan 12-ci qol - 15 oyuna
XƏBƏR 20 Avqust 2018 / 15:48 4506
-  A +

Qış fasiləsində "Qarabağ"dan Çinin "Xançjou Qrintaun" klubuna keçən Dino Ndlovu yerli çempionatda növbəti qolunu vurub.

Qol.az-ın məlumatına görə, cənubi afrikalı hücumçu birinci divizionun 20-ci turunda ”Helonqjanq Lava" ilə səfər oyununda fərqlənib.

78-ci dəqiqədə hesabı bərabərləşidrən forvard bununla da bu mövsüm meydana çıxdığı 15-ci oyununda qollarının sayını 12-ə yüksəldib. Qarşılaşma isə Dinonun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ndlovunun çıxış etdiyi "Xançjou Qrintaun" klubu 20 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb.


Son xəbərlər