"Bavariya" ən nifrət olunan klubdur - Almaniyada

"Bavariya" ən nifrət olunan klubdur - Almaniyada
DÜNYA FUTBOLU 18 Avqust 2018 / 12:23 4748
-  A +

Almaniyada ən çox sevilən və nifrət olunan klublar müəyyənləşib.

Qol.az-ın “Bild” nəşrinə istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, “Borussiya” bütün rəqiblərini qabaqlayıb. Sorğuda iştirak edənlərin 52 faizi Dortmund təmsilçisinə səs verib.

Ölkənin ən nifrət olunan komandası isə “Bavariya”dır. Respondentlərin 42 faizi Münhen təmsilçisini sevilməyən klub elan edib.

Qeyd edək ki, araşdırmalardan sonra Almaniyada 45 milyon insanın futbolla maraqlandığı məlum olub.


Son xəbərlər