“Yaxşı heyətimiz var” - Marselo

“Yaxşı heyətimiz var” -  Marselo
XƏBƏR 17 Avqust 2018 / 00:17 3031
-  A +

“Real”ın müdafiəçisi Marselo UEFA Superkuboku uğrunda görüşdə “Atletiko”ya 2:4 hesabı uduzmaları haqda danışıb.

Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi Kriştianu Ronaldonun gedişindən sonra “Kral klubu”nun heyətinin zəifləməsi fikri ilə razılaşmayıb:

“Yaxşı şeylər haqda düşünməliyik. “Atletiko” ilə oyunda ərazi üstünlüyü bizim tərəfimizdə idi. Komanda kimi oynadıq, tam gücümüzlə mübarizə apardıq. Mən transferlərlə məşğul deyiləm. Amma düşünürəm ki, “Real”ın yaxşı heyəti var.

“Atletiko” ilə görüşdə əlavə vaxta qədər yaxşı çıxış etdik. Lakin sonda az səhv edən tərəf qələbə qazanır. Artıq bu oyunu unutmalı və gələcəkdə eyni səhvləri təkrarlamamalıyıq. “Atletiko” qələbəyə layiq idi”.

 

Daha çox


Son xəbərlər