Bu gün Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının növbəti iclası keçirilib.
Qol.az-ın xəbərinə görə, Ukraynanın Kiyev şəhərində təşkil olunan tədbirdə bir sıra qərarlar qəbul olunub, təşkilatı məsələlərə baxılıb. Namizədliyi seçicilər tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Minifutbol Federasiyasının sədri Elxan Əsədov səs çoxluğu ilə beynəlxalq federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib.
Qeyd edək ki, ölkəmizin futbol tarixində ilk dəfə olaraq belə bir yüksək vəzifəyə seçilən həmyerlimiz beynəlxalq futbol oyunlarınıntəşkilində böyük təcrübəyə malikdır. Hətta bundan əvvəl Dünya Minifutbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə qurumun Yarışların Təşkili Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Elxan Əsədov əməkdaşımızla söhbətində beynəlxalq qurumun rəhbərliyi tərəfindən ona göstərilən yüksək etimadı “Azfar Group” şirkətinin ölkəmizdə bu sahədə həyata keçirdiyi uğurlu işlərin məntiqi nəticəsi hesab edib. Bildirib ki, şirkət tərəfindən Azərbaycan Minifutbol Federasiyasının təsis olunması və qısa vaxt ərzində bir sıra uğurlu layihələrin həyata keçirilməsi ölkə ictimaiyyəti ilə yanaşı beynəlxalq qurumların da böyük marağına səbəb olub. Belə ki, müasir standartlara cavab verən 30-a yaxın meydançanın qurulması, həvəskar futbolçularla sıx əməkdaşlığın yaradılması, ALFA çempionatın yüksək səviyyədə təşkili, mini-futbolun təbliğinin genişləndirilməsi və ictimaiyyətin bu idman növünə marağının artırılması ölkəmizin beynəlxalq mini-futbol ailəsinə də inteqrasiyasına geniş zəmin yaradıb. Bu səbəbdən də respublikamızda səfərdə olan beynəlxalq təşkilatın rəhbərı görülən işlərdən məmnun qaldıqlarını bildirib.
Məhz buna görə də Azərbaycan Minifutbol Federasiyası Dünya Minifutbol Federasiyasında böyük reytinq qazanıb. Qurumun İcraiyyə Komitəsinin üzvlüyünə keçirilən seçki bunu bir daha əyani surətdə təsdiqləyib.
Qeyd edək ki, DFF-nın İcraiyyə Komitəsinin üzvlüyünə Elxan Əsədovla yanaşı ABŞ-dan Kevin Milliken və Bolqarıstandan Borislav Aleksandrov da seçilib.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı