Bakayoko rəsmən "Milan"da

Bakayoko rəsmən "Milan"da
XƏBƏR 14 Avqust 2018 / 16:00 2606
-  A +

 "Çelsi"nin futbolçusu Temue Bakayokonun "Milan"a keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümündə icarə əsasında İtaliya təmsilçisində çıxış edəcək.

Yerli mətbuat "Milan"ın 5 milyon avro icarə haqqı ödədiyini yazıb. Klubun mövsümün sonu 35 milyon avro ödəyərək oyunçunu birdəfəlik ala biləcəyi iddia olunub.

Qeyd edək k, Bakayoko 2017-ci ildə "Monako"dan 45 milyon avroya "Çelsi"yə transfer olunub. O, burada 43 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi