"Qarabağ"la oyunlarda xal itkisi böyük zərbə oldu" - Simeone

"Qarabağ"la oyunlarda xal itkisi böyük zərbə oldu" - Simeone
XƏBƏR 9 Avqust 2018 / 10:14 4067
-  A +

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone UEFA-nın saytına müsahibə verib.

Qol.az-ın məlumatına görə, müsahibə zamanı o, Çempionlar Liqasında "Qarabağ"la oyunları da xatırladıb: "Çempionlar Liqasından kənarlaşdırılmağımızı həzm etmək çətin idi. Ən çox xalı qrupun liderindən almışdıq.  "Biz "Çelsi” və "Roma”ya görə deyil, "Qarabağ”la oyunlara görə növbəti mərhələyə yüksələ bilmədik. Bu, bizim üçün böyük zərbə idi. Çünki Çempionlar Liqasında oynamaq istəyirdik”.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən hər iki oyunda (0:0, 1:1) xal itirən Madrid klubu Avroliqada mübarizə aparıb və turnirin qalibi olub.

Daha çox


Son xəbərlər