“Qarabağ” qanvermə kompaniyasında iştirak etdi

“Qarabağ” qanvermə kompaniyasında iştirak etdi
XƏBƏR 21 May 2010 / 16:47 1879
-  A +

"Azərsun-Holdinq" və Azərbaycan Resbublikası Səhiyyə Nazirliyinin nəzdində olan Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Qol.Az-ın Ağdam klubunun rəsmi internet saytına istinadən məlumatına görə, artıq ənənə halını alan aksiya 4 ildi ki, baş tutur. Talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulan kompaniya "Azərsun Holdinq"in mədəniyyət mərkəzində baş tutub və çoxlu sayda qatılımla reallaşıb. "Qarabağ" futbol klubu da bu xeyirxah aksiyaya biganə qalmayıb. Belə ki, ötən il olduğu kimi bu dəfə də "Qarabağ" bu aksiyada iştirak edib. Mövsüm başa çatdığından komanda istirahətə yollanıb. Belədə "Qarabağ"ın idari və inzibati heyəti qanvermə kompaniyasına qoşularaq qan veriblər.

Daha çox


Son xəbərlər