Vəli Qasımov Foqtsa kömək edir

Vəli Qasımov Foqtsa kömək edir
XƏBƏR 21 May 2010 / 10:53 1916
-  A +

Veteran futbolçu Vəli Qasımov millimizin bugünlər keçirilən təlim-məşq toplanışında baş məşqçi Berti Foqtsa kömək edir. Qol.Az-ın «Futbol+» qəzetinə istinadən verdiyi məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov da xəbəri təsdiqləyib. Bununla belə, V.Qasımovun təyinatı rəsmiləşməyib. E.Məmmədov bildirib ki, Qasımovun Foqtsa kömək etməsi hələ onun baş məşqçinin köməkçisi olması anlamına gəlməməlidir: «Qasımov Avstriyaya yollanmayacaq. Sadəcə, biz yerli məşqçilər üçün bu cür sınaq kursları təşkil etmişik. Özünü doğruldan məşqçini seçmə mərhələ başlayana kimi millidə Foqtsun köməkçisi təyin edəcəyik».

Daha çox


Son xəbərlər