Əziz Yıldırım: «Rüştünün buraxdığı qollar bizə şübhəli kimi görünür»

XƏBƏR 19 May 2010 / 17:43 1851
-  A +

“Fənərbaxça” klubunun prezidenti olan Əziz Yıldırım “Trabzonspor» oyunundan sonra ilk dəfə olaraq media qarşısında çıxış edib . Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, komandada getmək fikrində deyil: «Hələ daha iki il burada qalacağam».
Ə.Yıldırım «Beşiktaş»ın qapıçısı Rüştü  Rəncbər haqqınd  maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, Rüştü Rəncbər hər oyundan əvvəl “Fənərbaxça”nın rəqiblərinə zəng edərək, onlara “Fənərbaxça”nı məğlub etməyi xahiş edib. Bundan narahat olan Əziz Yıldırım da öz növbəsində kinayəli bir şəkildə “Bizim vurduğumuz qollara hər kəs şübhəli qol kimi baxırdı, Rüştünün də buraxdığı qollar bizə şübhəli kimi görünür” deyə o bildirib.

Daha çox


Son xəbərlər