"Sumqayıt"ın 2 rəqibi bilindi

"Sumqayıt"ın 2 rəqibi bilindi
XƏBƏR 18 İyul 2018 / 15:36 3418
-  A +

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" qonşu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq rəqiblərdən ikisinin adına aydınlıq gəlib. Nazim Süleymanovun yetirmələri 19 iyul tarixində Qətər Super Liqasının debütantı "Əl-Şəhaniyə", 22 iyulda isə Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor" ilə qarşılaşacaq. İlk qarşılaşma Kızılcahamamda yerli saatla 17:00-da, ikinci görüş isə Topuk yaylasında saat 16:00-da start götürəcək.

Digər iki rəqib barəsində isə açıqlama veriləcək.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi