Balotelli İtaliyaya qayıda bilər

Balotelli İtaliyaya qayıda bilər
XƏBƏR 15 İyul 2018 / 00:58 3074
-  A +

Maro Balotellinin “Monako”ya keçidi baş tutmayıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli forvard “Knyazlıq klubu” ilə aparılan danışıqları dayandırıb. Hələlik bunun səbəbləri barədə açıqlama verilmir.

“Nitsa”dan ayrılacağı dəqiq olan 27 yaşlı forvard yenidən İtaliyada çıxış edə bilər. Belə ki, “Roma”, “İnter” və “Latsio” Balotellinin xidmətində maraqlıdır.

Qeyd edək ki, Marionu heyətinə qatan yeni klub onun üçün “Nitsa”ya 10 milyon avro ödəməlidir.

 

Daha çox


Son xəbərlər