"Qarabağ"ın rəqibi 15 yaşlı futbolçu aldı

"Qarabağ"ın rəqibi 15 yaşlı futbolçu aldı
XƏBƏR 13 İyul 2018 / 16:42 2307
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Olimpiya" növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Lyublyana təmsilçisi  yerli "Şampion" klubundan 15 yaşlı Yan Kaskeri heyətinə qatıb. Ölkənin ən istedadlı oyunçularından hesab olunan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Hələlik əsasən gənclərdən ibarət komandada forma geyinəcək Kasker əsas komanda ilə birlikdə məşqlərdə iştirak edəcək, həmçinin oyunlarda da meydana çıxa biləcək.

Qeyd edək ki, "Qarabağ" Lyüblyanada keçirilən ilk oyunda "Olimpiya"nı 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək.


Son xəbərlər