"Yuventus"da yeni müqavilə

"Yuventus"da yeni müqavilə
XƏBƏR 11 İyul 2018 / 12:49 2876
-  A +

“Yuventus” futbolçusu Miralem Pyaniçlə müqaviləni yeniləyib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bosniyalı yarımmüdafiəçinin yeni müqaviləsinin müddəti açıqlanmasa da, maliyyə şərtlərinin yaxşılaşdırıldığı bildirilib.

“Real”, “Barselona”, PSJ və “Mançester Siti” kimi klublar 28 yaşlı futbolçu ilə maraqlanırdı.

Qeyd edək ki, ötən mövsüm İtaliya A Seriyasında 31 oyuna çıxan Pyaniç 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Daha çox


Son xəbərlər