Fransa üçüncü dəfə finalda

Fransa üçüncü dəfə finalda
XƏBƏR 11 İyul 2018 / 00:25 1975
-  A +

Fransa millisi DÇ-2018-in ilk finalçısı olub.

Qol.az-ın məlumatına görə, yarımfinalda Belçikanı 1:0 hesabı ilə məğlub edən Fransa tarixində üçüncü dəfə mundialda final oynamaq hüququ qazanıb.

Fransa millisi daha əvvəl DÇ-1998 və DÇ-2006-da finala yüksəlib. İlk cəhddə Braziliyanı 3:0 hesabı ilə məğlub edərək dünya çempionu olan fransızlar 8 il əvvəl penaltilər seriyasında İtaliyaya uduzublar.

Fransa kimi Hollandiya yığması da 3 dəfə dünya çempionatında final oynayıb. Mundiallar tarixində ən çox final oynayan komandalar isə Argentina (5 dəfə), İtaliya (6 dəfə), Braziliya (7 dəfə) və Almaniyadır (8 dəfə).

Qeyd edək ki, Fransanın finaldakı rəqibi Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşəcək. 

Son xəbərlər