“Sadiqliyin nə olduğunu “Real”da öyrəndim” - Lopoteqi

“Sadiqliyin nə olduğunu “Real”da öyrəndim” - <b style="color:red">Lopoteqi</b>
XƏBƏR 15 İyun 2018 / 01:26 4327
-  A +

“Real” yeni baş məşqçisi Xulen Lopeteqini ictimaiyyətə təqdim edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təqdimetmə mərasimində Lopeteqi xoşbəxt olduğunu bildirib:

“Dünən İspaniya millisindən uzaqlaşdırıldım. Anamın ölümündən sonra bu, həyatımdakı ən çətin gün idi. İndi isə çox xoşbəxtəm. 18 yaşımda bura gəldiyim gün yadımdadı. Qardaşımın müşayiəti ilə gəlmişdim və əsgər kimi geyinmişdim.

Bəxtim gətirib ki, əvvəl “Kastilye”də, sonra isə “Real”da oynamışam. Burada sadiqliyin nə olduğunu öyrəndim”.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis dünya çempionatının startından 2 gün öncə “Real”la müqavilə imzaladığı üçün İspaniya millisindən qovulub.

 

 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki