"Qəbələ"nin U-16 komandası "Barselona" ilə eyni turnirdə

"Qəbələ"nin U-16 komandası "Barselona" ilə eyni turnirdə
XƏBƏR 14 İyun 2018 / 20:43 1410
-  A +

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” bu gün Çexiyada təşkil olunan “All Stars Cup” turnirinə yola düşür.

Avropanın ən nüfuzlu turnirlərindən biri hesab olunan bu yarışda 16 komanda qüvvəsini sınayacaq. İştirakçılar arasında PSJ (Fransa), “Barselona” (İspaniya), “Beşiktaş” (Türkiyə), “Zenit” (Rusiya), “Herta” (Almaniya) kimi klublar da yer alıb. “Qəbələ” iyunun 15-də start götürəcək turnirin ilk oyun günündə Yaponiyanın “Avispa Fukuoka”, Çexiyanın “Fastav Jlin” və Portuqaliyanın “Porto” komandaları ilə görüşəcək. Ertəsi gün iştirakçılar tutduqları yerdən asılı olmayaraq ikinci qrup mərhələsində daha 3 oyuna çıxacaq. Bu 6 oyunun nəticəsinə əsasən, "ilk 8-lik"də olan komandalar yüksək, digərləri 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Pley-off mərhələsinin oyunları turnirin son gününə təsadüf edəcək. Praqanın “Top Hotel”də məskunlaşacaq “qırmızı-qaralar” səfərə 18 futbolçu ilə yollanır. Komandamızın heyətində Vüsal Şabanov, Rüfət Əhmədov, Hüseyn Mürsəlov, Nemət Şıxəmirov, Nazim Həsənzadə, Aqil Nəsibov, Rauf Məhərrəmov, Ümüd Həmzəyev, Emil Səfərov, Veysəl Rzayev, Samir Məhərrəmli, Müşfiq Nadirov, Mehrac Baxşəliyev, Taleh Fərmanov, Nika Baçaliaşvili, Əli Abdullayev, Çingiz Məmmədov və Kamal Kazımov yer alıb.
 

Daha çox


Son xəbərlər