DÇ-2022-də 48 komanda yarışa bilər

DÇ-2022-də 48 komanda yarışa bilər
XƏBƏR 16 May 2018 / 00:31 2359
-  A +

İyunun 13-də Moskvada FİFA-nın növbəti konqresi keçiriləcək.

Qol.az-ın TASS-a istinadən yaydığı xəbərə görə, Rusiya paytaxtında müzakirə olunacaq əsas məsələ 4 il sonra Qətərdə keçiriləcək dünya çempionatı üçün iştirakçı komandaların sayının müəyyənləşdirilməsi ilə bağlıdır.

Belə ki, Cənubi Amerik Futbol Konfederasiyası (KONMEBOL) mundial iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasını təklif edir. Bu halda mundialdakı oyun sayı 64-dən 80-ə çatacaq.

Lakin bu təklifin qəbul olunacağı inandırıcı görünmür. Çünki 2022-ci ildə Qətərdə noyabr-dekabr aylarında baş tutacaq mundial üçün oyun sayının artırılması problemə çevrilə bilər.

Hazırda 48 komandalı ilk dünya çempionatının 2026-cı ildə təşkil olunacağı proqnozlaşdırılır. 8 il sonrakı yarışda iştirakçı komandalar hər birindəm 3 komanda olmaqla 16 qrupa bölünəcəklər. Qrupda ilk 2 yeri tutan komandalar 1/16 finala adlayacaq.

 

 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza