“Qəbələ”nin rəqibinə ağır cəza -avrokuboklardan uzaqlaşdırıldı

“Qəbələ”nin rəqibinə ağır cəza -avrokuboklardan uzaqlaşdırıldı
XƏBƏR 25 Aprel 2018 / 11:39 3139
-  A +

UEFA “Panatinaikos”ı 3 il müddətinə avrokuboklardan uzaqlaşdırılıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb Yunanıstan klubunun maliyyə feyr-pley qaydalarını pozmasıdır. Beləliklə, "Panatinaikos" 2018-19, 2019-20 ve 2020-21 mövsümlərində avrokuboklara vəsiqə qazansa belə, turnirdə iştirak etməyəcək. Klub bundan başqa, 100 min avro cərimə də ödəyəcək.

Qeyd edək ki, “Panatinaikos” Yunanıstan Super Liqasında 28 turdan sonra 35 xalla 8-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, “Panatinaikos” 2015 və 2017-ci illərdə “Qəbələ”nin Avropa Liqasında rəqibi olub. 2015-ci ildə "Qəbələ" "pley-off"da rəqibini üstələyərək Avroliqanın qrupuna düşüb, ötən il isə üçüncü təsnifat mərhələsində yunanlar Roman Qriqorçukun komandasını mübarizədən kənarlaşdırıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi