"Neftçi" Mahmudova görə AFFA-ya müraciət etdi

"Neftçi" Mahmudova görə AFFA-ya müraciət etdi
XƏBƏR 23 Aprel 2018 / 17:05 3442
-  A +

"Neftçi" Topaz Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə oyununda meydandan qovulan Emin Mahmudovla bağlı AFFA-ya müraciət edib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisi görüşün 63-cü dəqiqəsində yarımmüdafiəçiyə göstərilən 2-ci sarı vərəqənin ləğv olunması üçün apellyasiya şikayəti verib.

Qeyd edək ki, "Qəbələ" ilə oyunun 19-cu dəqiqəsində ilk xəbərdarlığını alan Mahmudov ikinci hissənin ortalarında rəqib komandanın hücumçusu Baqali Daboyla ikili mübarizə zamanı matçın baş hakimi İnqilab Məmmədov tərəfindən 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi