“Barselona”dan tarixi rekord - La Liqada belə şey olmamışdı

“Barselona”dan tarixi rekord - La Liqada belə şey olmamışdı
DÜNYA FUTBOLU 15 Aprel 2018 / 14:50 8534
-  A +

Dünən La Liqada “Valensiya”ya qalib gələn (2:1) “Barselona” tarixi rekord müəyyənləşdirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu qələbə sayəsində Kataloniya klubu İspaniya çempionatında məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdırıb. Bu, İspaniya çempionatları tarixində yeni rekorddur. Buna qədər ən yaxşı göstərici ardıcıl 38 oyunda uduzmayan (1978-80-ci illərdə) “Real Sosyedad”a məxsus olub.

Qeyd edək ki, “Barselona” La Liqada son dəfə 2017-ci ilin aprelin 8-də “Malaqa”ya uduzub – 0:2.

Hazırda Kataloniya təmsilçisi 32 turdan 82 xalla daxili çempionatda liderdir.

Əlavə edək ki, bu göstərici münasibəti ilə bu həftə Kataloniya klubunu Çempionlar Liqasından kənarlaşdıran "Roma" "Barselona"nı təbrik edib. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi