"Kəpəz"də maaş yubanması

"Kəpəz"də maaş yubanması
XƏBƏR 20 Mart 2018 / 20:44 4041
-  A +

"Kəpəz"də maaşla bağlı yubanma var. Amma bu, bütün klublarda rast gəlinən haldır".

Bu fikirləri "Kəpəz"in mətbuat xidmətini rəhəri Azad Mustafayev bildirib. Topaz Premyer Liqasında cari mövsümün autsayderi olan Gəncə klubu hələ də son pillədən qurtula bilmir. Hərçənd, "Kəpəz" qış fasiləsində transfer bazarında yetərincə fəal idi. Heyətinə xeyli yeni futbolçu cəlb edən gəncəlilərlə bağlı hazırda maaşların yubanması məsələsi müzakirə mövzusuna çevrilib.

A.Mustafayev yalnız fevral ayının maaşlarının qaldığını söyləyib: "Mart hələ başa çatmayıb. Ancaq onu da deyim ki, ay sona çatmamış maaş ödədiyimiz vaxtlar da olub. Məsələn, dekabrda maaşları ayın bitməsinə 5 gün qabaq ödəmişik. Klub rəhbrəliyi fevral maaşının ödənilməsinin həlli istiqamətində işlərini davam etdirir. Yaxın günlərdə maaşlar tam ödəniləcək. Heç bir problem yoxdu. Bu vaxta kimi klubumuz heç kimə borclu qalmayıb. Komanda məşqə çıxır. Futbolçular da vəziyyəti başa düşür. Sıxıntı yoxdur" (sport24.az).

Daha çox


Son xəbərlər