APOEL-in üzvü milimizə qarşı oynamayacaq

APOEL-in üzvü milimizə qarşı oynamayacaq
XƏBƏR 19 Mart 2018 / 16:55 2002
-  A +

Martın 23-də Bakıda millimizlə yoldaşlıq oyunu keçirəcək Belarus yığmasının heyətində dəyişiklik edilib.

Qol.az-ın “belta.by” saytına istinadən yaydığı xəbərə görə, APOEL-inin müdafiəçisi Denis Polyakov zədə səbəbindən komandadan kənarlaşdırılıb. Onun əvəzinə milliyə “Dinamo-Brest”in futbolçusu Aleksey Qavriloviç dəvət olunub.

Qeyd edək ki, Polyakov Kipr çempionatının 29-cu turunun “Apollon”la oyununda zədə alıb.

Daha çox


Son xəbərlər