Belarus millisi sabah gəlir

Belarus millisi sabah gəlir
XƏBƏR 19 Mart 2018 / 15:45 1908
-  A +

Martın 23-də Bakıda millimizlə yoldaşlıq oyunu keçirəcək Belarus yığması sabah ölkəmizə yola düşəcək.

Qol.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, İqor Kriuşenkonun başçılıq etdiyi komanda yerli vaxtla 14:00-da paytaxtımızda olacaq. Komanda Bakıya çarter reysi ilə gələcək.

Qeyd edək ki, Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Belarus oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər