"Matçın ən yaxşı oyunçusu hakim idi” - Hakan Çalhanoğlu

"Matçın ən yaxşı oyunçusu hakim idi” - Hakan Çalhanoğlu
XƏBƏR 16 Mart 2018 / 12:57 3816
-  A +

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu Avropa Liqasının 1/8 finalında "Arsenal"a 1:3 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi görüşün baş hakimi Yonas Erikssonu tənqid edib:

"Arsenal"a qarşı yaxşı oynadıq. Londonda bu səviyyədə futbol göstərmək asan deyil. Qol vurduq. Lakin sonra inanılmaz şeylər baş verdi. Avroliqada belə halları tez-tez görmürük. Rodriqes rəqibə toxunmamışdı, amma hakim qapımıza penalti təyin etdi. Bu isə oyununun taleyini dəyişdi. Matçın ən yaxşı oyunçusu hakim idi”.

Daha çox


Son xəbərlər