"Qarabağ"la oyuna 3 xal üçün çıxacağıq" - Rəhman Hacıyev

"Qarabağ"la oyuna 3 xal üçün çıxacağıq" -<b style="color:red"> Rəhman Hacıyev</b>
XƏBƏR 13 Mart 2018 / 20:30 2228
-  A +

"Neftçi" Topaz Premyer Liqanın 20-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyunun hazırlığını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" bu gün "Bakcell Arena”da məşq keçib. Yarımmüdafiəçi Rəhman Hacıyev Neftçi TV-yə açıqlamasında "Qarabağ"la oyun öncəsi fikirlərini bildirib:

"Sabah bizi çox çətin oyun gözləyir. İki oyundur qələbə qazanırıq. Komandada inam və istək var. Hər şey qaydasındadır. Meydana 3 xal üçün çıxacağıq. İnşallah, qələbə qazanarıq. Komandama inanıram".

Xatırladaq ki, martın 14-də "Bakcell Arena”da olacaq "Neftçi” – "Qarabağ” oyunu saat 18:00-da başlanacaq.


 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza