"Nəticə oyuna uyğun oldu" - Mourinyo

"Nəticə oyuna uyğun oldu" - Mourinyo
DÜNYA FUTBOLU 22 Fevral 2018 / 10:52 2954
-  A +

"Bizi arxayınlaşdıracaq nəticə əldə etdiyimizi düşünmürəm. Qol vurmaq üçün fürsətlərimiz oldu. Amma səhvlər etdik və rəqibin qol epizodları yaratmasına imkan verdik. Azarkeşlərin möhtəşəm dəstəyi "Sevilya"ya kömək oldu".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında "Sevilya" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O, nəticədən nə razı, nə də narazı olduğunu bildirib: "Nəticə oyuna uyğun oldu. Hər şey "Old Trafford"da müəyyənləşəcək. Qələbə qazanmaq bizim üçün çox önəmlidir".

J.Mourinyo futbolçusu Pol Poqbanın ehtiyatda qalması haqda verilən sualları tənqid edib: "Oyundan əvvəl 4 sualdan 3-ü Poqba haqqında oldu. Sizin yerinizdə olsam, gənc Maktominey barədə danışardım.


Son xəbərlər