Premyer Liqanın yayım hüququ üçün 4,5 milyard

Premyer Liqanın yayım hüququ üçün 4,5 milyard
XƏBƏR 14 Fevral 2018 / 17:44 3653
-  A +

İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 4,464 milyard funt-sterlinq qarşılığında iki kanala satılıb.
 
Qol.az-ın Pemyer Liqanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İngiltərə çempionatının 2019-2022-ci illər aralığındakı mövsümlərdə keçiriləcək oyunlarının yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. Artıq həmin paketlərdən 5-i satılıb.

“Sky Sports” 3,58 milyard funt-sterlinq qarşılığında 4 paket alıb. Sözügedən kanal həmin dönəmdə 128 Premyer Liqa matçını canlı yayımlamaq şansı əldə edib. “BT Sport” isə 884 milyon funt-sterlinq qarşılığında 1 paket alıb və 32 oyunu canlı göstərmək fürsəti qazanıb.

Hər birində 20 matç olan qalan iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır.

Qeyd edək ki,  Premyer Liqanın 2015-2019-cu illər aralığındakı oyunların yayım hüququ 5,14 milyard funt-sterlinqə satılmışdı.

Daha çox


Son xəbərlər